Associated Press xəbər agentliyi Jake Sallivanın sözlərinə istinad edərək yazıb: “Mən İranın (nüvə silahının inkişafı istiqamətində) irəliləmək üçün heç bir qərarını görməmişəm.”
Sallivan ASPEN Təhlükəsizlik Forumunda jurnalistlərə açıqlamasında deyib: “Bu istiqamətdə hərəkətə başlasalar, Amerika ilə ciddi problem yaşayacaqlar.”
Sallivan iddia edib ki, ABŞ İran və İsrail arasında qarşılıqlı hücumlardan sonra "İran rəsmilərinin (nüvə silahı yaratmaq) mümkünlüyü ilə bağlı ictimai şərhlərinin artdığını" müşahidə edib.
Milli təhlükəsizlik müşaviri əlavə edib: “Bu (sözlər) yeni idi və bizim diqqətimizi cəlb etdi.”
ABŞ dövlət katibi Antoni Blinken də bu təhlükəsizlik toplantısında Vaşinqtonun İranın nüvə probleminin diplomatik həllinə üstünlük verdiyini bildirib.
Sizin rəyiniz